Türkiyə millisinin üzvü "Beşiktaş"da

16:20 - 20 Avqust 2021

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "qara qartallar" İtaliyanın "Sassuolu" klubunda çıxış edən Kaan Ayhanı heyətinə cəlb edib. Türkiyə millisinin üzvünü 1 illik icarəyə götürüb. "Beşiktaş" icarə müddəti başa çatdıqda 26 yaşlı müdafiəçini birdəfəlik transfer etmək hüququna sahibdi.

 

Qeyd edək ki, Kaan Ayhan Almaniyanın "Şalke" klubunun yetirməsidi. O, ötən mövsümün əvvəlində "Fortuna Düsseldorf"dan "Sassuolo"ya transfer olub. 

Xəbər xətti