İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Vulverhempton"un hücumçusu Rafa Miri rənglərinə bağlayıb. 24 yaşlı ispaniyalı qolçu ilə 6 illik müqavilə imzalanıb. "Sevilya" bu transfer üçün İngiltərə klubuna 16 milyon avro ödəyib.
Qeyd edək ki, müqavilə ilə "Vulverhempton"a məxsus olan Rafa Mir son mövsümü icarə əsasında "Hueska"da keçirib.
saytlarin hazirlanmasi
