"Mançester Yunayted"in futbolçusu Braziliyada oynayacaq

10:20 - 21 Avqust 2021

“Flamenqo” heyətini avropalı futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Braziliya klubu “Mançester Yunayted”də çıxış edən Andreas Pereyranı komandaya cəlb edib. 25 yaşlı futbolçu “Flamenqo”ya icarəyə yollandığı üçün “Mançester Yunayted”ə 1 milyon avro qazandırıb.

​Ötən mövsümü icarə əsasında “Latsio”da keçirən Pereyra 33 oyuna 1 qol vurub, 4 assist etmişdi. Belçikada dünyaya gələn Pereyra “Qranada”, “Valensiya” klublarında da icarə əsasında çıxış edib. O, Braziliya millisində 1 oyun keçirib.

Xəbər xətti