Millimizin üzvü oynadı, komandası qalib gəldi - VİDEO

10:32 - 21 Avqust 2021

Polşa Ekstraklasasında 5-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” evdə “Zaqlenbe” ilə qarşılaşıb və qalib gəlib - 4:0.

Krivotsyuk matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Visla” 6 xalla 18 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti