Avropa çempionatında iştirakını davam etdirən voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, A qrupunda çıxış edən millimiz bütün oyunlarını Serbiyanın Belqrad şəhərində keçirəcək. Vüqar Əliyevin rəhbərliyi altında komandamız bu gün Bosniya və Herseqovina yığması ilə üz-üzə gələcək.
20:00 Azərbaycan – Bosniya və Herseqovina
İlk turda Azərbaycan Belçikaya, Bosniya və Herseqovina isə Serbiyaya 0:3 hesabı ilə uduzmuşdu. Qrupun digər matçında isə Rusiya Fransanı 3:1 məğlub edib. Dörd ən yaxşı komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.
