"Arsenal" qapıçı aldı - RƏSMİ

11:12 - 21 Avqust 2021

“Şeffild Yunayted”in qapıçısı Aron Remsdeyl “Arsenal"a keçib.

Sportal.az xəbər verir ki, 23 yaşlı qapıçı “topçular”la uzunmüddətli müqaviləyə qol çəkib. “Arsenal”ın bu keçid üçün qarşı tərəfə 28 milyon avro ödədiyi bildirilir.

​İngilis çərçivə qoruyucusu London klubunda 32 nömrəli formanı geyinəcək. Qapıçı karyerası ərzində “Bornmut”, “Çesterfild”, “Uimbildon” klublarının qapısını qoruyub.

Xəbər xətti