“Aberdin”in baş məşqçisi Stiven Qlass yerli mətbuata açıqlamasında yenidən Tofiq Bəhramov adına Respublika stadionun qazonu haqda danışıb.
Sportal.az xəbər verir ki, Qlass Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”la Bakıdakı matçının 15-ci dəqiqəsində zədələnən Endryu Konsidaynın zədəsi haqda da danışıb. Onun cavab matçında oynayıb-oynamayacağına da aydınlıq gətirən Qlass bunları deyib:
“Vəziyyəti elədir ki, daha yaxşı olmasını arzulayırıq. Biz 600-ə yaxın oyun keçirmişik. İndiyə qədər bu cür zədə yaşamamışdı. Tofiq Bəhramov stadionun qazonu sadəcə utancverici idi. Düşünürəm ki, Azərbaycandakı insanlar da bununla razılaşar”.
