İtaliya millisinin üzvü "Milan"da

13:19 - 21 Avqust 2021

İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "rossonerilər" "Roma"nın sağ cinah müdafiəçisi Alessandro Florensini heyətinə cəlb edib. 30 yaşlı müdafiəçi 1 il müddətinə icarə əsasında Milan təmsilçisində oynayacaq. İcarə müddətinin sonunda "Milan" futbolçunu birdəfəlik transfer etmək hüququna sahibdi.

 

Qeyd edək ki, İtaliya millisinin üzvü olan Florensi son mövsümü icarə əsasında PSJ-də keçirib.

Xəbər xətti