İki karateçimiz Avropa çempionu oldu

13:50 - 21 Avqust 2021

14-15 yaşlı yeniyetmələr Avropa çempionatında 2 qızıl və bir bürünc medal qazanıblar.

 

Sportal.az xəbər verir ki, Rəşid Süleymanov (-63 kq) və Nihad Kərimzadə (+70 kq) Avropa çempionu, Aysu Əliyeva isə (-47 kq) qitə üçüncüsü olub. 

 

20-22 Avqust tarixlərində Finlandiyanın Tampere şəhərində 14-15 yaşlı yeniyetmələrin və 16-17 yaşlı gənclərin 48-ci Avropa çempionatı, 21 yaşadək gənclərin isə 13-cü qitə çempionatı davam edir.  

Xəbər xətti