"Qarabağ"ın yeni transferi: "Haqesund"a olan sevgimi qoruyacam" - FOTO

14:53 - 21 Avqust 2021

“Qarabağ”ın yeni transferi İbrahima Vadji şəxsi instaqram hesabında “Haqesund”dan ayrılması haqda yazıb.

Sportal.az xəbər verir ki, Ağdam klubunun seneqallı hücumçusu üç il formasını geyindiyi Norveç klubundan ayrılmasına rəğmən, bu kluba olan sevgisini bildirib:

"Son günlər duyğularla dolu idi. "Haqesund"da 3 ildən çox qaldıqdan sonra vidalaşmağın vaxtı gəldi. Bu klubla müqavilə imzaladığım ilk gündən özümü yaxşı və evdəki kimi hiss etdim. Bütün məşqçilərə və klubda indi, ya keçən ilə kimi çalışanlara, mənim üçün etdiklərinə görə təşəkkür edirəm. Mənə hər zaman inandığınız və hər an, hətta ən çətin anlarda belə dəstək verdiyiniz üçün minnətdaram.

Göstərilən sevgini unutmayacam. Azarkeşlərə dəstək üçün təşəkkür edirəm. Əlbəttə ki, fantastik anlar üçün komanda yoldaşlarıma minnətdaram. Karyeramda yeni addım başlayır. Amma mən hər zaman “Haqesund”a olan sevgimi ürəyimdə qoruyacam. Səni sevirəm”. 

Xəbər xətti