"Milan" "Monako" ilə Pyetro Pelleqri məsələsində razılığa gəlib.
Sportal.az xəbər verir ki, "rossonyerlər" gənc hücumçunu icarə əsasında da olsa, heyətinə qatmağı bacarıb.
Bununla yanaşı, "Milan" 7 milyon avro ödəyərək italiyalı forvardın transfer hüququna da yiyələnə bilər.
“Cenoa”nın yetirməsi olan 20 yaşlı hücumçu 2018-ci ildə Fransa klubuna satılıb.
O, İtaliya millisində də artıq 1 oyun keçirib.
saytlarin hazirlanmasi
