Azərbaycan millisinin sabiq üzvü İngiltərə klubunda

16:51 - 21 Avqust 2021

Karyerasını İngiltərədə davam etdirən, Azərbaycanın U-19 yığmasında çıxış etmiş Sərhat Taşdəmir komandasını dəyişib.

Sportal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi icarə əsasında “Barnet”ə keçib. Klub onu mövsüm sonuna qədər icarəyə götürüb. 

2019-cu ildən “Piterboro”da çıxış edən yığmamızın sabiq üzvü son olaraq icarə əsasında “Oldham Atletik”də çıxış etmişdi. 

Xəbər xətti