Azərbaycan çempionu Finlandiya klubuna qarşı

10:23 - 22 Avqust 2021

Bu gün futzal üzrə Azərbaycan çempionu “Araz” Çempionlar Liqasında ikinci oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, F qrupunda mübarizə aparan təmsilçimiz Finlandiya klubu ilə üz-üzə gələcək. Joze Alesionun komandasının rəqibi “Kampuksen Dinamo” olacaq.

16:00 “Kampuksen Dinamo”(Finlandiya) – “Araz”(Azərbaycan)

​Xatırladaq ki, ilk turda “Araz” Cəbəllütariqin “Avropa” klubuna 9:2 hesabı ilə qalib gəlmişdi. Finlər isə Latviyanın “Raba” klubunu 5:0 məğlub edib.

 

Xəbər xətti