"3:3 "Neftçi"nin qruplara qalmasına kömək ola bilər"

11:08 - 22 Avqust 2021

“Netçi”nin “Makkabi” ilə 3:3 oynaması yaxşı nəticədi. Çünki İsrail klubları hər zaman güclü olub. Yaxşı investisiyaya sahibdilər. Ona görə də İsrail komandalarına qarşı oynamaq çətindi”.

Bunu Sportal.az saytına açıqlamasında “Neftçi”də kapitanlıq sarğısı daşımış Flavinyo deyib.

“Ağ-qaralar”ın sabiq braziliyalısı komandanın Konfrans Liqasının qrup mərhələsinə düşəcəyinə inandığını deyib: “Konfrans Liqası yeni yaradılıb, amma orada da güclü komandalar yer alıb. 3:3 hesabı  da “Neftçi”yə qrup mərhələsinə düşməkdə kömək ola bilər.

​Çünki cavab oyununda favorit olmayacaq. “Neftçi” 1 qol vurub, müdafiədə daha etibarlı oynayarsa qruplara yenidən qala bilər. Ümid edirəm ki, hər şey “Nefçti” üçün yaxşı alınacaq”.

Xəbər xətti