Fərid Nəbiyev 74 dəqiqə oynadı

19:13 - 22 Avqust 2021

Çexiya birinci divizionunda 5-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya Jijkov” növbəti matçını keçirib. Onun komandası evdə “Usti-nad- Labem”lə üz-üzə gəlib. Görüş 0:0 hesabı ilə nəticələnib. Start heyətində meydana çıxan Nəbiyev 74-cü dəqiqədə əvəzlənib. 

Hazırda həmyerlimizin komandası 7 xalla 6-cı pillədədi.

 

Xəbər xətti