PSJ-nin futbolçusu Mauro İkardi zədələnib.
Sportal.az xəbər verir ki, argentinalı futbolçu Liqa 1-in 3-cü turunun “Brest”lə matçında sağ əlindən zədələnib.
Buna görə futbolçu üç həftə meydanda olmayacaq. Həkim müayinəsindən sonra onun əlində sınıq aşkarlanmasa da, zədənin ciddi olduğu müəyyənləşib. Buna görə də forvardın 3 həftdədən tez meydanlara qayıtmayacağı dəqiqləşib.
