"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Aberdin" Şotlandiya çempionatında növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, "Harts"la səfərdə qarşılaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb.
"Aberdin" 3 turdan sonra aktivindəki 7 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Xatırladaq ki, "Aberdin" - "Qarabağ" matçı avqustun 26-da Şotlandiyada keçiriləcək.
