Ukrayna çempionatında 5-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” növbəti matçına çıxıb. Adı heyətə olsa da, baş məşqçi onu “Aleksandriya” ilə oyuna buraxmayıb.
Görüş rəqib komandanın 1:0 hesablı qələbəsilə başa çatıb. Hazırda “Kolos” 5 xalla 9-cu pillədə qərarlaşıb.
