"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Aberdin" cavab oyununa itkilərlə çıxacaq.
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Stiven Qlass bu barədə məlumat verib. Qlass komandasının 2 oyunçusunun "Qarabağ"la Şotlandiyadakı görüşünü buraxacağını söyləyib.
Belə ki, Rayan Heces və Endryu Korsidan zədəli olduqlarına görə Ağdam klubu ilə cavab oyununda meydana çıxa bilməyəcək.
Avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.
