"Mançester Siti" ona görə sonuncu təklifi göndərəcək

12:25 - 23 Avqust 2021

Uzun müddətdir ki, Harri Keyni transfer etməyə çalışan “Mançester Siti” bu həftə forvard üçün “Tottenhem”ə sonuncu təklifini göndərəcək.

Sportal.az xəbər verir ki, əslində “şəhərlilər” futbolçunun özü ilə şəxsi müqavilədə razılıq əldə edib.

Di gəl ki, "Tottenhem" rəhbərliyi forvardı 175 milyon avrodan aşağı buraxmaq niyyətində deyil.

​Buna görə də, Mançester təmsilçisinin rəhbərliyi bu həftə sonuncu təklifi göndərəcək. Əgər bu təklifdə də uğurlu nəticə əldə edilməzsə, Keyn transferindən vaz keçiləcək.

Xəbər xətti