Xerdan Şaqiri "Liverpul"dan ayrılıb.
Sportal.az xəbər verir ki, isveçrəli vinger karyerasını Fransada davam etdirəcək. 29 yaşlı futbolçu "Lion"a transfer olub. Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.
Fransa mətbuatının yazdığına görə "Lion" təcrübəli ön xətt oyunçusu üçün "Liverpul"a 11 milyon avro ödəyib.
Qeyd edək ki, Xerdan Şaqiri "Liverpul"a 2018-ci ildə "Stok Siti"dən transfer olub. O, son mövsümdə İngiltərə təmsilçisinin heyətində meydana çıxdığı 22 oyunda 1 qol və 4 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi
