PSJ-ni "Milan"a dəyişəcək?

14:13 - 23 Avqust 2021

PSJ-nin futbolçusu Pablo Sarabiya komandadan ayrılmağa hazırlaşır.

Sportal.az xəbər verir ki, ispaniyalı oyunçu Paris klubunda stabil oynamadığına görə özünü başqa komandada sınamaq niyyətindədi.

Onun xidmətində “Milan” və “Sevilya” klubları maraqlıdı.

PSJ-də illik 4 milyon avro maaş qazanan futbolçunun klubla 2024-cü ilə kimi müqaviləsi qüvvədədi. Futbolçunun agenti “Milan”da oynaması üçün “rossonyerlər”lə danışıqlara başlayıb. 

“Real” yetirməsi olan futbolçu “Xetafe”, “Sevilya”da oynayıb.

Xəbər xətti