İtaliyanın “Kyevo” klubu fəaliyyətini dayandırıb.
Sportal.az xəbər verir ki, buna səbəb klubun borclarının qaytarılmaması və klubu maddi problemlərdən çıxaran şirkətin tapılmamasıdı.
Məhz bu da klubun fəaliyyətini dayandırmasına gətirib çıxarıb. Halbuki bundan borclara görə klubun B seriyasında, ardınca dördüncü divizionda oynayacağı ehtimal edilirdi.
Lakin məlum məsələlərə görə, klub ümumiyyətlə fəaliyyətini dayandırıb.
1929-cu ildə yaradılmış klub 2006/2007 mövsümündə Çempionlar Liqasının təsnifat mərhələlərində də çıxış edib.
