"Ramil Şeydayev son nöqtəni qoya bilmir, qaçır, ötürmə verir, amma hücumçunun vəzifəsi qol vurmaqdı"

16:18 - 23 Avqust 2021

"Qarabağ"ın "Aberdin"lə oyunu çox çətin oldu. Lakin qələbə qazanmağa müəssər oldular. Məncə, qazon yaxşı deyildi deyə, “Aberdin”ə qarşı tam olaraq yaxşı oyun nümayiş etdirə bilmədilər".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Hüseyn İsgəndərov deyib. 

Ağdam klubunda uzun illər oynamış İsgəndərov sabiq komandasının avrokuboklardakı çıxışını dəyərləndirib. O, Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın Konfrans Liqasının pley-off mərhələsinin "Aberdin"lə görüşü haqda danışarkən Tofiq Bəhramov adına Respublika stadionun ot örtüyünün bərbad olmasını da qeyd edib:

"Qarabağ" yaxşı pas oynayan komandadı deyə, qazonun yaxşı olması şərtdi. Qazon həm “Aberdin”lə matçda, həm də AEL-ə oyunda bərbad idi. Mən də bu iki oyunda hamıya sual verirəm ki, nəyə görə qazon bu gündə idi? Allah qoysa, “Qarabağ” səfərdə "Aberdin"ə qalib gələcək. Çünki qazon nə qədər yaxşı olsa, “Qarabağ” üçün bir o qədər sərf edir. İnanıram ki, "Aberdin"in ev oyununu keçirdiyi stadionun qazonu yaxşı durumdadı".

"Qarabağ" veteranı komandanın yeni transferləri barədə isə bu cür danışıb: "Yeni transferlər hələ də özünü tam göstərməyib. Ramil Şeydayev son nöqtəni qoya bilmir. Oyununa baxırsan, qaçır, keçidlər edir, ötürmə verir, amma hücumçunun vəzifəsi qol vurmaqdı. Bu da hələ ki, Şeydayevdə alınmır".

Ağdam klubunda vaxtilə birlikdə oynadığı Samir Abasovun "Neftçi"dəki işindən danışan İsgəndərov mütəxəssisin işini belə qiymətləndirib: "Neftçi"nin çox gözəl imkanı var idi. 3:1 hesabını qoruyub-saxlasaydı gözəl olardı, lakin bu futboldu 90 dəqiqə davam edir. Samir Abasovla “Qarabağ”da birlikdə oynamışıq. “Neftçi”dəki işini çox yxaşı qiymətləndirirəm. O, baş məşqçi postuna gələndə “Neftçi” hansı pillədəydi, sonda isə komandanı çempion etdi".

Xəbər xətti