"Çelsi" 80 milyon avroluq transferə hazırlaşır

16:53 - 23 Avqust 2021

İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi "Sevilya"nın müdafiəçisi Cyul Kundeyə "elçi düşüb". Xarici mətbuatın yazdığına görə, "zadəganlar" fransalı mərkəz müdafiəçisi üçün İspaniya klubuna 80 milyon avroluq təklif göndərəcək.

 

Qeyd edək ki, 22 yaşlı futbolçu "Sevilya"ya 2019-cu ildə "Bordo"dan transfer olub. Kunde son mövsümdə Əndəlus təmsilçisinin heyətində çıxdığı 49 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti