"Qalatasaray" rumıniyalı vingeri transfer etdi

17:31 - 23 Avqust 2021

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Rumıniyanın FCSB klubunun yarımmüdafiəçisi Olimpiu Morutanı rənglərinə bağlayıb. Bu barədə Buxarest təmsilçisinin sahibi Cici Bekali məlumat verib. O, 22 yaşlı vingeri "Qalatasaray"a satdıqlarını təsdiqləyib:

 

"Morutanı "Qalatasaray"a satdım. Təzminat olaraq 4,2 milyon avro alacağıq. Əgər "Qalatasaray" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansa, əlavə olaraq 1, 5 milyon avro da alacağıq".

 

Qeyd edək ki, Morutan FCSB-ya 2018-ci ildə "Botaşani"dən transfer olub. O, meydana çıxdığı 90 oyunda 12 qol vurub.

Xəbər xətti