İngiltərənin "Norviç Sİti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Mançester Yunayted"dən Brendon Uillyamsı heyətinə cəlb edib. 21 yaşlı müdafiəçi mövsümün sonuna kimi icarə əsasında "Norviç Siti"də çıxış edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Uillyams "Mançester Yunayted"in yetirməsidi. O, "qırmızı şeytanlar"ın əsas komandasında 21 oyunda meydana çıxıb və 1 qol vurub.
saytlarin hazirlanmasi
