Burak Yılmaz "Nitsa"ya keçir?

10:22 - 24 Avqust 2021

"Lill"in prezidenti Olivye Letanq Burak Yılmazın komandadakı gələcəyindən söz açıb.

Sportal.az xəbər verir ki, klub prezidenti "Nitsa"ya keçəcəyi gözlənilən Türkiyə millisinin hücumçusunun "Lill"də qalacağını bildirib:

"Nitsa"nın bizdən xəbərsiz, Burakla danışığa keçdiyini bilirik. Burak Yılmaz mənə və baş məşqçiyə komandada qalmaq istədiyini söyləyib. Onun komandadan ayrılmaq fikri yoxdu. Önəmli olan da budu. Burakın "Lill"dən ayrılması mümkünsüzdü".
 

Xəbər xətti