“Makkabi”(Hayfa) klubunun baş məşqçisi Barak Bahar yerli mətbuata açıqlamasında Konfrans Liqasının pley-off mərhələsinin “Neftçi” ilə cavab oyunundan danışıb.
Sportal.az xəbər verir ki, israilli mütəxəssis cavab oyunu haqda danışarkən inamlı fikirlər səsləndirib: "Avqustun 26-da biz qrup mərhələsinə vəsiqə qazanmalıyıq. Qarşıdakı oyun çox məsuliyyətlidi. Sıx qrafikdə oynayırıq. Ümid edirəm ki, avrokuboklarda növbəti mərhələlərə keçmək üçün işimizə mane olmayacaq.
Əsas hədəfimiz qrup mərhələsinə düşməkdi. Yaxşı heyətimiz var. Futbolçularım göstərib ki, onlara güvənmək mümkündü, uğurlu nəticə qazanmaq olar. Bu həftəki işimizin öhdəsindən gələcəyimizə inanıram”.
