Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Polşanın "Legiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Varşava təmsilçisi "Nottinqem Forest"dən Yuri Ribeyronu transfer edib. Portuqaliyalı sol cinah müdafiəçisi ilə müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulan sözləşmə imzalanıb. Məlumatı klubun saytı yayıb.
Qeyd edək ki, Mahir də bu yaydan "Legiya"da çıxış edir.
