"Arsenal"ın yarımmüdafiəçisi Lukas Torreyra İtaliyada oynayacaq.
Sportal.az xəbər verir ki, futbolçu bu gün "Fiorentina"ya keçmək üçün həkim müayinəsindən keçəcək.
25 yaşlı yarımmüdafiəçi Florensiya klubuna keçməkdən ötrü “Ayntraxt”(Frankfurt) klubunun təklifindən imtina edib.
Uruqvay millisinin sabiq üzvü ötən mövsümü icarə əsasında “Atletiko”da (Madrid) keçirib. O, peşəkar karyerası ərzində “Peskara”, “Sampdoriya” klublarında oynayıb.
