"Qalatasaray"dan ayrılan müdafiəçi digər İstanbul klubuna keçdi

16:13 - 24 Avqust 2021

"Qalatasaray"la müqaviləsi başa çatan Rayan Donkun yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi karyerasını İstanbulun digər klubunda davam etdirəcək. Surinam millisinin üzvü "Kasımpaşa" ilə 1+1 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, Donk 2016-cı ildən "Qalatasaray"da çıxış edirdi. O, "cim bom"un heyətində meydana çıxdığı 155 oyunda 7 qol vurub. Təcrüəbli müdafiəçi 2013-2016-cı illərdə "Kasımpaşa"da oynayıb.

Xəbər xətti