"Valensiya" seneqallını transfer edir

16:41 - 24 Avqust 2021

“Monako”nun hücumçusu Balde Keyta karyerasını İspaniyada davam etdirməyə yaxındı.

Sportal.az xəbər verir ki, forvard artıq “Valensiya” ilə razılıq əldə edib.

Yaxın günlərdə transferin ictiamiyyətə açıqlanacağı gözlənilir.

Baldenin “Valensiya” ilə 4 illik müqavilə imzalayacağı ehtimal edilir.

26 yaşlı futbolçu ötən mövsümü icarə əsasında “Sampdoriya”da keçirib.

​İspaniyada dünyaya göz açan Keyta Seneqal millisinin üzvüdü. O, “Latsio” və “İnter”də də oynayıb.

Xəbər xətti