İngiltərənin "Çelsi" klubu transfer çalışmalarını davam etdirir.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Atletiko"nun yarımmüdafiəçisi Saul Niqesi heyətinə qatmaq üçün hərəkətə keçib. "Zadəganlar" 26 yaşlı futbolçunu satın almaq şərti ilə icarəyə götürmək istəyir. "Çelsi" bu transferi həyata keçirmək üçün Ross Berkli və Denny Drinkvoteri satmağı düşünür.
İngiltərənin digər klubu "Mançester Yunayted" də İspaniya millisinin üzvünü transfer etmək istəyir. "AS" qəzetinin yazdığına görə, "qırmızı şeytanlar" bu transfer yarışında "Çelsi"dən bir addım öndədi.
Saul Niqes son mövsümdə "Atletiko"nun heyətində meydana çıxdığı 46 oyunda 2 qol və bir asistlik performans göstərib.
saytlarin hazirlanmasi
