Prezident Şevçenkonu mükafatlandırdı

17:58 - 24 Avqust 2021

Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko mükafatlandırılıb.

Sportal.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski 45 yaşlı mütəxəssisə ölkənin beynəlxalq nüfuzunun qaldırılmasına görə verilən 5-ci dərəcəli “Yaroslav Mudrı” ordenini təqdim edib.

Şevçenko 2016-2021-ci illərdə yığmada baş məşqçilik edib. O, avqustun əvvəlində millidəki işindən ayrılıb.

Şevçenkonu bu postda Aleksandr Petrakov əvəzləyib.

Xəbər xətti