"Çelsi"ni İtaliya klubuna dəyişdi

21:44 - 24 Avqust 2021

“Çelsi” daha bir futbolçu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, "zadəganlar"ın müdafiəçisi Davide Zappakosta “Atalanta” ilə anlaşıb.

Ötən mövsümü icarə əsasında “Cenoa”da keçirən 29 yaşlı müdafiəçi Berqamo təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

İtaliya millisinin üzvü bununla da üçüncü dəfə “Atalanta”ya qayıtmış olub.

Bundan əvvəl 2011/2012 və 2014/2015 mövsümündə o, Berqamo klubunda oynayıb.

Xəbər xətti