Azərbaycan çempionu qalib gəldi, qrup lideri ola bilmədi

22:07 - 24 Avqust 2021

Bu gün Azərbaycan çempionu “Araz” futzal üzrə Çempionlar Liqasında üçüncü oyununa çıxıb.

Sportal.az xəbər verir ki, ölkə çempionunun bu dəfəki rəqibi ev sahibi “Raba” klubu olub. Naxçıvan təmsilçisi Latviya klubuna 8:4 hesabı ilə qalib gəlib.

Bu oyundan öncə qrupun digər matçında “Kampuksen Dinamo”(Finlandiya) “Avropa”ya(Cəbəllütariq) 14:3 hesabı ilə qalib gəlib. “Araz” isə qrup lideri olmaq üçün latviyalıları 10 top fərqilə məğlub etməliydi. Amma təmsilçimiz bunu edə bilməyib.

Növbəti mərhələyə 8 qrup lideri və ən yaxşı ikinci yüksələcək. Hazırda bütün qruplarda oyunlar başa çatmadığından “Araz”ın növbəti mərhələyə adlayıb-adlamadığı hələ ki, dəqiqləşməyib. 

Xəbər xətti