"Qarabağ"la oyun öncəsi hücumçu gətirdilər

23:23 - 24 Avqust 2021

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Aberdin" transfer həyata keçirib. 

 

Sportal.az xəbər verir ki, şotlandlar "Vulverhempton"un oyunçusu Austin Samuelsi 1 mövsümlük icarəyə götürüb. UEFA-nın qaydalarına əsasən Şotlandiya klubu futbolçunu "Qarabağ"la cavab oyunuöncəsi sifariş verə bilməyəcək.

20 yaşlı hücumçu son mövsümü İngiltərənin digər klubu "Bredford Siti"də icarə əsasında keçirib.

Xəbər xətti