"Neftçi" İsrailə uçdu

10:34 - 25 Avqust 2021

Konfrans Liqasının pley-off mərhələsinin “Makkabi”(Hayfa) ilə cavab oyunu üçün “Neftçi” İsrailə yollanıb.

Sportal.az xəbər verir ki, “ağ-qaralar” Bakıdan Tel-Əvivə uçacaq və komanda oradan avtobusla Hayfa şəhərinə yola düşəcək.

Cəzalı duruma düşdüklərinə görə cavab qarşılaşmasında iştirak etməyəcək Yusuf Laval və Mamadu Mboc da komanda ilə birlikdə İsrailə uçub. 

​Xatırladaq ki, avqustun 26-da “Sammi Ofer” stadionunda keçiriləcək görüş Bakı vaxtilə 21:00-da start götürəcək.

 

Xəbər xətti