“Makkabi”nin futbolçusu Mohammad Abu-Fani Konfrans Liqasının pley-off mərhələsinin “Neftçi” ilə cavab qarşılaşması haqda danışıb.
Sportal.az xəbər verir ki, Hayfa klubunun aparıcı üzvü yerli mətbuata bunları deyib:
“Bu həftənin dördüncü günü oynanılacaq oyun – həyatımızın oyunudu. “Neftçi” matçının azarkeşlərimiz üçün nə qədər vacib olduğunu bilirik.
Özümüz üçün də həmçinin. Həm peşəkarlıq, həm də maddi baxımdan da nə qədər önəmli oyun olduğunu bilirik. Bu oyunda böyük azarkeş dəstəyi olacağını düşünürük. Bu da bizə kömək olacaq”.
saytlarin hazirlanmasi
