İngiltərə Premyer Liqasında ən sürətli oyunçuların siyahısı açıqlanıb.
Sportal.az xəbər verir ki, “Sauthempton”un forvardı Adam Armstronq siyahıya başçılıq edir.
Forvard ilk 2 turda oyun zamanı 35,66 km/saat sürətə çatmağı bacarıb.
İkinci pillədə isə “Vulverhemtpon” və İspaniya millisinin üzvü Adam Traore yer alır – 35, 6 km/saat.
“Kristal Pelas”ın üzvü Vilfrid Zaha isə ən sürətli üçüncü futbolçudu.
