"Aberdin" "Qarabağ"la oyuna itkilərlə çıxacaq

16:10 - 25 Avqust 2021

Sabah Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Qarabağ”la üz-üzə gələcək “Aberdin” də rəqibi kimi matça itkilərlə çıxacaq.

Sportal.az xəbər verir ki, Şotlandiya klubu zədəyə görə 2 aparıcı futbolçunun xidmətindən məhrum olub.

Belə ki, komandanın hücumçusu Rayah Heces və müdafiəçi Endi Konsidayn meydana çıxmayacaq.  

“Aberdin” – “Qarabağ” görüşü avqustun 26-ı, saat 22:45-də “Pittodri” stadionunda keçiriləcək. 

 

Xəbər xətti