Messi karyerasında bunu 300-cü dəfə etdi

18:44 - 12 Mart 2023

PSJ-nin yarımmüdafiəçi Lionel Messi Fransa çempionatında "Brest"lə matçda (2:1) növbəti məhsuldar ötürmə ilə yadda qalıb.

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu klub səviyyəsində karyerasında 300-cü məhsuldar ötürmə həddinə çatıb.

Messi “Barselona”da 269, PSJ-də isə 31 məhsuldar ötürmə edib.

Lionel Messi 2021-ci ildən PSJ-də çıxış edir və onun klubla müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.

Xəbər xətti