Paytaxt klubu yeddi futbolçunu komandadan göndərəcək

14:34 - 17 Aprel 2023

PSJ yayda bir neçə futbolçu ilə yollarını ayıracaq.

Sportal.az "Le Parisien"ə istinadən xəbər verir ki, Fransa nəhəngi özünü doğrultmayan oyunçuları komandada saxlamayacaq və onları transferə çıxaracaq.

Müqavilələri bitənlərlə isə əməkdaşlıq müddəti uzadılmayacaq.

Paris komandasından ayrıla biləcək futbolçular arasında Vitinya, Renato Sançeş, Fabian Ruiz, Karlos Soler, Xuan Bernat, Serxio Ramos, Hüqo Ekitikenin adı var.

Xəbər xətti