"Sumqayıt"ın futbolçusu əməliyyat olundu

16:45 - 25 Dekabr 2023

“Sumqayıt”ın yarımmüdafiəçisi Vüqar Mustafayev əməliyyat olunub.

Sportal.az xəbər verir ki, sağ dizdə zədəyə bağlı yaranmış osteofit çıxıntılar səbəbindən cərrahi müdaxiləyə ehtiyac duymuş futbolçumuzun əməliyyatı Bakıdakı özəl klinikaların birində baş tutub və uğurlu keçib. 

Vüqar Mustafayevin iki ay içərisində yenidən yaşıl meydanlara dönməsi planlaşdırılır. 

Xəbər xətti