Azərbaycan minifutbol yığması Slovakiyada keçirilən növbəti Millətlər Liqası turnirində iştirak edib.
Sportal.az xəbər verir ki, millimiz Ukrayna ilə 2:2 hesablı bərabərə qalıb, Slovakiyaya isə 2:3 hesabı ilə uduzub. Məğlubiyyətə baxmayaraq, Azərbaycan komandası yarımfinala yüksəlib və Belçika ilə qarşılaşacaq.
Qeyd edək ki, ötən həftə Azərbaycan yığması Monteneqroda keçirilən analoji turnirin qalibi olmuşdu.
saytlarin hazirlanmasi