Bakı-2025: Özbəkistandan inamlı qələbə, Sloveniya uduzdu

14:59 - 25 May 2025

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsində III tura start verilib.

Sportal.az xəbər verir ki, günün ilk matçında B qrupunda Özbəkistan və Çad milliləri üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən özbəklər qrupu 4 xalla başa vurublar. Çad isə 3 xal toplayıb. Afrika təmsilçisi qrupda qalıb.

Özbəkistanın növbəti mərhələ şansı isə qrupun digər matçının nəticəsindən asılıdır. 

Qeyd edək ki, bu gün mundialda daha 7 görüş keçiriləcək.

A qrupu

Bəhreyn - Sloveniya 4:1
19:30. Azərbaycan - Mavritaniya

Xal durumu: Azərbaycan - 4 xal, Mavritaniya - 4 xal, Bəhreyn - 1 xal, Sloveniya - 1 xal

B qrupu

Özbəkistan - Çad - 3:0
22:00. Rumıniya - Fransa

Xal durumu: Özbəkistan - 4, Fransa - 4, Çad - 3, Rumıniya - 3

C qrupu

16:30. Macarıstan - Ukrayna
18:15. Türkiyə - İngiltərə

Xal durumu: İngiltərə - 4, Türkiyə - 4, Macarıstan - 2, Ukrayna - 0

D qrupu

15:15. Hindistan - Portuqaliya
20:45. Slovakiya - Bolqarıstan

Xal durumu: Portuqaliya - 6, Slovakiya - 3, Bolqarıstan - 3, Hindistan - 0

Xəbər xətti