“Qarabağ”a müraciət olundu - üçünü də bizə icarəyə verin!

16:54 - 5 İyul 2025

"Şamaxı" gənc oyunçuların "ov"unu sürətləndirib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, yerli bazanı onların hesabına gücləndirmək istəyən "şirlər" bu dəfə "Qarabağ"a üz tutub.

Növbəti mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq "şirlər" birdən-birə 3 nəfəri sıralarına qatmaq fikrinə düşüb.

Əyalət təmsilçisi Amin Rzayev, Hikmət Cəbrayılzadə və Davud Məsimov icarəyə götürmək niyyəti ilə "köhlən atlar"ın qapısını döyüb.

"Şamaxı" ötən günlərdə 3 belə əməliyyat keçirib.

Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail") və Həbib İsmayılov ("Neftçi") onlara qoşulub.

Xəbər xətti