"Liverpul" Jotanın maaşını ailəsinə verəcək

13:51 - 5 İyul 2025

"Liverpul" avtomobil qəzasında həlak olan Dioqo Jotanın ailəsinə onun maaşını ödəyəcək.

Sportal.az xəbər verir ki, bu barədə Portuqaliyanın "Record" nəşri məlumat yayıb.

 28 yaşlı hücumçunun İngiltərə klubu ilə 2 illik müqaviləsi var idi. "Liverpul" mərhum futbolçunu 2 illik maaşını ailəsinə verəcək.

Qeyd edək ki, Dioqo Jota və qardaşı Andre Silva bir neçə gün öncə İspaniyada baş vermiş qəzada həlak olublar.

Xəbər xətti