"Beşiktaş" "Napoli" ilə razılıq əldə etdi

17:20 - 5 İyul 2025

"Napoli"nin futbolçusu Yens Kayuste karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Beşiktaş" isveçli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. "Beşiktaş" Kayuste üçün İtaliya klubuna 1 milyon avro icarə haqqı ödəyəcək. "Qara qartallar" 6,5 avro ödəməklə 25 yaşlı oyunçunu birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Yens Kayuste ötən mövsüm icarə əsasında "İpsviç Taun"da çıxış edib. İsveç millisinin üzvü Premyer Liqada meydana çıxdığı 30 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti